“Çelsi” gənc oyunçusunu qorudu

16.08.2024 15:15 304
Dünya futbolu
“Çelsi” bir sıra klubların hədəfində olan Kuol Palmerlə müqaviləni yeniləyib.

“The Athletic” nəşrinin məlumatına görə, London klubunun rəhbərliyi 22 yaşlı yarımmüdafiəçinin uğurlu debüt mövsümündan sonra onunla müqavilənin müddətini 2 il uzatmağa və maaşını artırmağa qərar verib. Gənc futbolçu ilə müddəti 2033-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

“Çelsi” Palmeri 2023-cü ilin yayında “Mançester Siti”dən 47 milyon avroya transfer edib. O, ötən mövsüm komandada 45 matça çıxaraq 25 qol vurub və 15 məhsuldar ötürmə edib.