İspaniya klubunda yeni müqavilə

25.09.2024 22:15 118
Dünya futbolu
Qarsiya Pimyentanın aqibətinə aydınlıq gəlib. “Sevilya” rəhbərliyi baş məşqçi ilə müqaviləni yeniləyib.

İspaniya klubunun rəsmi saytının məlumatına görə, 50 yaşlı mütəxəssislə imzalanan yeni sözləşmənin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Pimyenta “Sevilya”nın baş məşqçi vəzifəsinə bu yay təyinat alıb.

Komanda onun rəhbərliyi altında İspaniya La Liqasında 7 oyun keçirib, 2 qələbə qazanıb, 2 dəfə heç-heçə edib, 3 dəfə uduzub.