“Çelsi”ni birdəfəlik tərk etdi

18.08.2024 15:13 337
Dünya futbolu
Dieqo Moreyra “Çelsi”ni yenidən tərk edib.

“Football-plus.az” xəbər verir ki, İngiltərə klubu hücumçunu satıb. 20 yaşlı futbolçu karyerasını “Strasbur”da davam etdirəcək. Fransa klubununun rəsmi saytının məlumatına görə, portuqaliyalı oyunçu ilə müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Moreyra ötən mövsümün ilk yarısını “Lion”da icarə əsasında keçirib.

O, 2023/24 mövsümündə “Çelsi”nin gənclərdən ibarət komandasının heyətində 9 oyun keçirib və 5 qol vurub.