İtaliyanın ən məşhur idman nəşrindən TƏXRİBAT: “Qarabağ”ı Ermənistan klubu adlandırdı!

25.11.2025 15:56 115
Avrokuboklar / Manşet
“Qarabağ” bu gün Çempionlar Liqasının oyununda “Napoli”nin qonağı olacaq. Təbii ki, təkcə Azərbaycan yox, həm də İtaliya mətbuatı bu oyuna geniş yer verir. Ancaq təəssüf ki, meşə çaqqalsız olmadığı kimi, həmkarlarımız arasında gerçəklərdən xəbərsiz adamlar da var.

“Football-plus.az” xəbər verir ki, İtaliyanın ən məşhur idman nəşri “La Gazzetta dello Sport” nəşri Çempionlar Liqasında bu gün keçiriləcək matçların afişasını dərc etdiyi məqalədə “Qarabağ”ı Ermənistan komandası kimi təqdim edib! O da bildirilib ki, Neapol təmsilçisi bu gün ideal durumda deyil. Ümumiyyətlə, komandanın ÇL-nin yeni mövsümündə cəmi 4 xal toplaması çox zəif nəticə kimi qiymətləndirilib.

Guya bu çaqqalların xəbəri yoxdu ki, “Qarabağ”ın artıq Ermənistanla yaxından-uzaqdan əlaqəsi yoxdu. 5 ildi torpaqlarımız erməni işğalından azad olunub. Axmaqlar!

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul