İspaniya mətbuatı “Qarabağ”a güvənir

14.12.2023 17:52 188
Aktual / Ölkə futbolu
İspaniya mətbuatında “Qarabağ”dan bəhs edilib.

Belə ki, “Yahoo Noticias” nəşri Avropa Liqasının qrup mərhələsinin son turu ərəfəsində turnirin növbəti mərhələsinə yüksəlmək şanslarını qoruyan komandalardan yazarkən Qurban Qurbanovun yetirmələrinə də yer verib:

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsini adlayan ilk Azərbaycan klubu kimi tarixə düşməsi qaçılmazdı. Bu komanda 1/16 finala vəsiqə üçün çox iddialıdı. Rəqib bütün matçlarda məğlub olan “Həkken”disə, başqa nəticə gözləməyə ehtiyc yoxdu. Sensasiya? Tanıdığımız “Qarabağ” buna imkan verməz!”.