“Napoli” “Qarabağ” üçün qiyməti açıqladı – 324 manatda dayandılar!

11.11.2025 00:15 46
Aktual
Noyabrın 25-də keçiriləcək, Bakı vaxtı ilə 00.00-da başlayacaq “Napoli” – “Qarabağ” oyununu təkcə ölkəmizdə yox, İtaliyada da həvəslə gözləyirlər. Maradonanın sabiq komandası, cari ÇL mövsümündə 4 xal toplayan Neapol təmsilçisi məhz ağdamlılarla oyuna hədəflərinə çaxmaq baxımından dönüş nöqtəsi kimi yanaşır.

“Napoli” dünən “Qarabağ”la oyunun biletlərini satışa çıxarıb. Qiymət isə 25-165 avro (49-324 manat – red.) arasında dəyişir.

Onu da vurğulayaq ki, oyunun keçiriləcəyi “Dieqo Armando Maradona” stadionu 54726 yerlikdi. “Napoli”nin bu arenada keçirdiyi sonuncu çempionat oyununu (1 noyabr, Komo – 0:0) 52 min azarkeş gözləyir. Artıq əminliklə demək olar ki, Azərbaycan çempionunu “isti” qarşılanma gözləyir.

ORXAN

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul