Türkiyəli idman jurnalisti "Qarabağ"ı Ermənistan klubu kimi təqdim etdi

26.08.2022 13:25 541
Aktual
Türkiyəli idman jurnalisti, "Sabah" qəzetinin köşə yazarı Gürcan Bilgiç "Qarabağ"ı Ermənistan komandası kimi təqdim edib.

"Football-plus.az" xəbər verir ki, o bu səhvə "A Spor" telekanalında yayımlanan "Son Sayfa" verilişində yol verib.

Bilgiç verliş əsnasında "Fənərbağça"nın Avropa Liqasının qrup mərhələsindəki potensial rəqiblərindən danışarkən, "Qarabağ" Ermənistan komandası deyilmi" söyləyib.

Verilişin digər qonağı Hüseyin Özkek onun səhvini düzəldib.

Gürcan Bilgiçin "Qarabağ"ın Azərbaycanın komandası olmasını bilməməsi, hətta onu Ermənistan komandası kimi təqdim etməsi sosial şəbəkələrdə böyük əks-səda doğurub. Jurnalist kəskin tənqidlərə məruz qalıb və belə təxribatçı idman yazarının verilişə buraxılmaması tələb olunub.