Türkiyə - Rumıniya duelinə aid maraqlı fakt

21.11.2025 19:00 159
Dünya futbolu
DÇ-2026-nın pley-offunun püşkü atıldı. C yolunda mübarizə aparacaq Türkiyə yığmasının da rəqibləri bəlli oldu.

"Football-plus.az" xəbər verir ki, qardaş ölkənin komandası martın 26-da baş tutacaq yarımfinalda Rumıniya ilə qarşılaşacaq. Türkiyə bu oyunu doğma fanatları önündə keçirəcək. Rumıniya səddini aşacağı təqdirdə isə ''ay-ulduzlular''martın 31-də Slovakiya - Kosovo cütünün qalibi ilə qarşılaşacaq.

Vinçentso Montellanın komandası final matçını rəqib meydanında keçirəcək. Bu arada Türkiyə ilə Rumıniyanın duelinə dair maraqlı bir fakt var. Bu komandalar indiyə qədər 26 dəfə qarşılaşıblar. Yəni Rumıniya Almaniyanın (27) ardından Türkiyənin tarixi ərzində ən çox qarşılaşdığı ikinci kollektivdi!

Bundan başqa şəxsi oyunlarda rumınların qələbə sayında ciddi üstünlüyü gözə dəyir (14:5). Daha 7 oyunda bərabərlik qeydə alınıb. Rumınları Türkiyə futbolunda tarix yazan, həm klub, həm də yığma səviyyəsində bu ölkədə çalışan Mirça Luçesku çalışdırır. Rumıniyanın böyük üstünlüyünə baxmayaraq bu dəfəki oyunda Türkiyənin aşkar favorit olacağı gözlənilir.

''Transfermarkt''a inansaq, Türkiyənin heyətinin dəyəri 477,5 milyon avro, Rumıniyanın heyətinin dəyəri isə 85,75 milyon avrodu! Özü də nəzərə alaq ki, bu dəfəki oyun Türkiyədə keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul