Yayda Almaniyada keçiriləcək Avropa Çempionatının iştirakçılarından olan Türkiyə yığmasının yoldaşlıq oyunundakı daha bir rəqibi bəlli olub.
''Ay-ulduzlular'' turnir ərəfəsində son hazırlıq matçını Polşaya qarşı keçirəcək. Bu məlumat Türkiyə Futbol Federasiyasının rəsmi saytında yerləşdirilib. Oyun iyunun 10-da Varşavada keçiriləcək və Bakı vaxtı ilə saat 22.45-də başlayacaq. Maraqlıdı ki, Türkiyə ilə Polşa XXI əsrdə qarşılaşmayıb. Bu komandaların yolu sonuncu dəfə DÇ-1994-ün seçmə mərhələsində kəsişib. O vaxt Polşa öz meydanında 1:0, Türkiyə də öz fanatları önündə 2:1-lik qələbə qazanmışdı. Beləliklə, qardaş ölkənin AÇ-nin startına qədər keçirəcəyi bütün oyunlardakı rəqiblər bəllidi. Xatırladaq ki, Türkiyə bu aya təsadüf edəcək yığma fasiləsində səfərdə Macarıstan və Avstriya ilə qarşılaşacaq. Bundan başqa Montellanın komandası iyunun 4-də Bolonya şəhərində İtaliyanın qonağı olacaq.
ƏLİ