Xavi Espart klubundan aldığı yeni müqavilə təklifini qəbul edib.
"Football-plus.az" xəbər verir ki, o, “Barselona”da 2030-cu il iyunun 30-na qədər oynayacaq. Xavi İspaniya klubunun yetirməsidi. 19 yaşlı müdafiəçi bu mövsüm göy-qırmızı formada meydana çıxdığı 9 oyunda 2 qolun və 2 məhsuldar ötürmənin müəllifi olub.
Espartın ötən mövsüm İspaniya çempionu olduğunu da qeyd edək.
“Barselona”da 2030-cu ilə qədər oynayacaq
Dünya futbolu





