La Liqada yeni rekorda imza atdı

25.11.2026 11:56
Dünya futbolu
Artıq Dieqo Simeone İspaniya La Liqasının vahid rekordçusu sayılır.

"Football-plus.az" xəbər verir ki, “Atletiko”nun baş məşqçisi bu liqada qələbə sayına görə yeni rekorda imza atıb. Argentinalı mütəxəssis buna ölkə çempionatının 13-cü turunda “Xetafe” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra nail olub.

Madrid klubunun rəsmi saytının məlumatına görə, bu, Simeonenin La Liqadakı 567-ci sınağında baş məşqçi kimi 345-ci qələbəsi olub. O, bununla da Luis Araqonesin rekordunu yeniləyib. Araqones 756 matçda 344 qələbə qazanıb. Simeonenin komandası La Liqada 123 dəfə heç-heçə edib və 99 dəfə məğlub olub.

Qeyd edək ki, 2011-ci ildən “Atletiko”nu çalışdıran 56 yaşlı mütəxəssis İspaniyada yalnız bu komandaya rəhbərlik edib.