"Zəngəzur"dan ardıcıl ikinci böyükhesablı məğlubiyyət

25.11.2026 13:19
İdman
“Zəngəzur” Regionlar Kubokunda yenə böyük hesabla məğlub olub.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz Türkiyə “İstanbul”una 0:5 hesabı ilə uduzub.

Dünən keçirilən qarşılaşma Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin ehtiyat meydançasında baş tutub.

İlk görüşdə “Dolnoşlyonski”yə (Polşa) 0:12 hesabı ilə məğlub olan “Zəngəzur” iki matçda qapısından 17 top buraxıb. Rəqib qapılarına yol tapa bilməyən komandamızın xalı yoxdu.

“Zəngəzur” qrupdakı son oyununu noyabrın 27-də Rumıniyanın “Karpatians” komandasına qarşı keçirəcək.