"Turan" ÇL-nin qrup mərhələsində ilk oyununu keçirir

25.11.2026 11:14
İdman
"Turan" qadın voleybol komandası CEV Çempionlar Liqasının qrup mərhələsində bu gün ilk oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Tovuz təmsilçisi İtaliyada "Savino Del Bene"nin qonağı olacaq.

Florensiyada təşkil olunacaq D qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 21.30-da start götürəcək.

Xatırladaq ki, D qrupunda Türkiyənin "Eczaçıbaşı" və Serbiyanın "Tent" komandaları da mübarizə aparır.