Türkiyə əvvəlcə Rumıniyanı, sonra Slovakiya - Kosovo cütünün qalibini məğlub etməlidi!

20.11.2025 17:13 31
Aktual / Dünya futbolu
Bir qədər əvvəl DÇ-2026-nın Avropa zonası üzrə pley-offunun püşkü atılıb.

Türkiyə yığmasının bəxtinə Mirça Luçeskunun çalışdırdığı Rumıniya düşüb. "Ay-ulduzlular" martın 26-da keçiriləcək yarımfinalda bu komandanı məğlub edəcəyi halda, martın 31-də Slovakiya - Kosovo cütünün qalibi ilə qarşılaşacaq.

Avropa zonası üzrə pley-off cütləri
A yolu
İtaliya - Şimali İrlandiya
Uels - Bosniya və Hersoqovina
B yolu
Ukrayna - İsveç
Polşa - Albaniya
C yolu
Türkiyə - Rumıniya
Slovakiya - Kosovo
D yolu
Danimarka - Şimali Makedoniya
Çexiya - İrlandiya


Qitələrarası püşkün nəticəsinə əsasən Yeni Kaledoniya - Yamayka cütünün qalibi mundiala vəsiqə uğrunda Konqo Demokratik Respublikası ilə üz-üzə gələcək. Boliviya - Surinam duelinin güclüsü isə İraqla münasibətlərə aydınlıq gətirəcək.