Hakanın aqibəti məlum oldu

25.11.2026 13:40
Dünya futbolu
Səhhətində problem yaranan Hakan Çalhanoğlunun aqibəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “İnter”in yarımmüdafiəçisi komandasının ən azı növbəti iki matçında iştirak edə bilməyəcək. Türkiyəli futbolçu A seriyasında “Atalanta” ilə 4:4 hesablı heç-heçə ilə nəticələnən matçda zədələnib. O, Çempionlar Liqasında “Ştutqart”a və İtaliya çempionatında “Cenoa”ya qarşı oyunları buraxacaq.

Xatırladaq ki, Hakan sentyabr-oktyabr aylarında budun adduktor əzələsindəki zədə səbəbindən klub və milli komandanın ümumilikdə 5 oyununda iştirak etməyib. 32 yaşlı yarımmüdafiəçi bu mövsüm “İnter”in heyətində 14 matçda meydana çıxıb, 3 qol vurub və 4 sarı vərəqə alıb.