Xəbər verdiyimiz kimi dünən AÇ-2024-ün final mərhələsinin püşkatması keçirildi.
"Football-plus.az" xəbər verir ki, qardaş Türkiyə yığmasının həm qrupdakı rəqibləri, həm də oynayacaqları stadionlar bəlli olub. ''Ay-ulduzlular'' Çexiya, Portuqaliya və Millətlər Liqasının pley-offunda C yolunun qalibi olacaq komanda ilə birlikdə F qrupunda mübarizə aparacaq. Gələn il 14 iyun - 14 iyul tarixində keçiriləcək turnir Almaniyanın 10 şəhərində baş tutacaq. Açılış oyunu Münhendə, final matçı Berlində keçiriləcək. Türkiyənin qrupda ilk oyunu iyunun 18-də Dortmundda yerləşən məşhur ''Siqnal İduna Park'' stadionunda baş tutacaq. Rəqib isə ML-in pley-offunun C yolunun qalibi olacaq. Yəni Gürcüstan - Lüksemburq və Yunanıstan - Qazaxıstan cütlərinin qalibi finalda qarşılaşacaq və həmin duelin də qalibi Türkiyənin qrupda ilk rəqibi olacaq. Türklər 2-ci oyunda, yenə də Dortmundda iyunun 26-da Kriştiano Ronaldolu Portuqaliya ilə qarşılaşacaqlar. Türkiyə qrupdakı son oyununu isə iyunun 26-da Çexiyaya qarşı keçirəcək. Həmin görüş Hamburq şəhərində yerləşən ''Folksparkştadion''da baş tutacaq.
ƏLİ