Millimiz finala yüksəldi - İslamiada

19.11.2025 19:13 9
İdman
Qadınlardan ibarət 3x3 basketbol millimiz Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

"Football-plus.az" xəbər verir ki, yığmamız yarımfinalda Misir yığmasını 22:15 hesabı ilə məğlub edib.

Komandamızın finaldakı rəqibi Türkiyə - İran matçının qalibi olacaq. Həlledici qarşılaşma bu gün keçiriləcək.