Yığmamız finala yüksəldi - İslamiada

17.08.2022 13:58 373
Yığma
Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

"Football-plus.az" xəbər verir ki, yığma yarımfinalda Özbəkistana 45:32 hesabı ilə qalib gəlib.

Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv həlledici görüşdə İran seçməsi ilə üz-üzə gələcək.