Voleybol millimiz finala yüksəldi

12.11.2025 18:43 13
İdman
Qadın voleybolçulardan ibarət millimiz Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

"Football-plus.az" xəbər verir ki, Faiq Qarayevin komandası 4-cü matçında Əfqanıstanla üz-üzə gəlib.

Görüş millimizin qələbəsi ilə başa çatıb - 3:0 (25:7, 25:5, 25:9). Yığmanın qızıl medal uğrunda həlledici görüşdə rəqibi Türkiyə olacaq.

Xatırladaq ki, millimiz daha əvvəl İran və Tacikistanı 3:0 hesabı ilə üstələyib, Türkiyəyə isə eyni hesabla uduzub.