Millimiz MDB Oyunlarında finala yüksəldi

6.10.2025 16:56 6
İdman
Qızlardan ibarət 3×3 basketbol üzrə millimiz MDB Oyunlarında finala vəsiqə qazanıb.

"Football-plus.az" xəbər verir ki, yığma yarımfinalda Özbəkistan komandası ilə üz-üzə gəlib. Qarşılaşma millimizin qələbəsi ilə yekunlaşıb – 22:10.

Komanda finalda Rusiya – Belarus cütünün qalibi ilə qarşılaşacaq.