Cüdo millimiz finalda - İslamiada

17.08.2022 16:29 392
İdman
Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın cüdo kişi milli komandası finala çıxıb.

"Football-plus.az" xəbər verir ki yığmamız əvvəl Bəhreyni, daha sonra yarımfinalda Tacikistanı 3:1 məğlub edərək finala çıxıb. Yığmamız finalda meydan sahibi Türkiyə ilə qarşılaşacaq.

Qadın millisi isə Türkmənistanı 3:0 məğlub etsə də, 1/4 finalda Əlcəzairə 2:3 hesabı ilə uduzub. Azərbaycan millisi bürünc medal üçün təsəlliverici görüşdə isə Seneqala 3:1 qalib gəlib.

Qeyd edək ki, fərdi yarışlarda Azərbaycan cüdoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.