Millimiz yarımfinalda - İslamiada

17.08.2022 12:14 328
Yığma
Türkiyənin Konya şəhərində 5-ci İslam Həmrəyliyi Oyunları davam edir.

"Football-plus.az" xəbər verir ki, 3x3 basketbolu üzrə qadınlardan ibarət Azərbaycan millisi yarımfinala vəsiqə qazanıb.

Yığma komandamız 1/4 finalda Qətər millisinə 21:2 hesabı ilə qalib gəlib.

Finala çıxmaq uğrunda yığmamız Özbəkistan millisi ilə üz-üzə gələcək.

Yığmamızın heyətində Tatyana Deniskina, Dina Ulyanova, Renara Tiffani Hayes və Aleksandra Mollenhauzer yer alıb.