Türkiyədə işləmiş məşqçi Acunun komandasını dirçəldib

10.11.2025 10:00 22
Dünya futbolu
Acun Ilıcalı deyəsən nəhayət ki, ''Hall Siti'' üçün yaxşı bir məşqçi tapa bilib.

Bilindiyi kimi türkiyəli şoumen və iş adamı çempionşip təmsilçisinin sahibidi. Ötən mövsüm ''pələnglər'' yalnız bəxtin və top fərqinin hesabına çempionşipdə qalmağı bacarmışdılar. Acun yayda klubun başına Sergey Yakiroviçi gətirdi.

Bosniyaəsilli xorvatiyalı mütəxəssis ötən mövsüm Türkiyə çempionatında ən çox müzakirə olunan məşqçilərdən biri idi. O, çarəsiz görünən ''Kayserispor''un başına keçdikdən sonra klubu dirçəltmiş və elitada saxlamağı bacarmışdı. Yakiroviçin İngiltərə macərası göstərir ki, onun ötən mövsümkü uğuru təsadüfi deyilmiş. Düzdü, ''Hall Siti'' mövsümə yaxşı baslamayaraq ilk 5 tura cəmi 5 xal toplaya bildi. Amma son həftələrdə ''Hall Siti'' çempionşipin ən diqqətçəkən kollektivlərindən biridi.

''Sarı-qaralar'' son turda evdə ''Portsmut'' üzərində əzmkar qələbə qazandılar (3:2). Bu, komandanın son 8 turda 5-ci qələbəsi oldu (2 heç-heçə, 1 məğlubiyyət). ''Hall Siti'' 15 turdan sonra 25 xalla pley-off zonasında, yəni 5-ci pillədə qərarlaşıb. Komanda mövsümü ilk ''6-lıq''da bitirsə, Acunun dönəmində ilk dəfə pley-offa vəsiqə qazanacaq.

Premyer-liqaya birbaşa vəsiqə verən 2-ci pillə ilə aradakı xal fərqi hazırda 4-ə bərabərdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul