Tibo Kurtua klubu ilə yenidən anlaşıb.
"Football-plus.az" xəbər verir ki, o, “Real” rəhbərliyinin yeni müqavilə təklifini qəbul edib.
Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, 34 yaşlı belçikalı qapıçı ilə klub arasında şifahi razılıq əldə olunub. Kurtuanın hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdi.
Tibo “Real”a 2018-ci ildə “Çelsi”dən keçib. O, Madrid klubunun heyətində 240-dan çox oyunda meydana çıxıb və komanda ilə Çempionlar Liqası, İspaniya çempionatı, İspaniya Kuboku və digər turnirlərin qalibi olub.
Madriddə yeni anlaşma
Dünya futbolu





