“Bu gün orta sahədə rəqibə məğlub olduq” - Yindrjix Trpişovski

13.10.2026 23:45 54
Manşet / Avrokuboklar
“Sabah” - “Slaviya” oyunundan sonra qonaqların baş məşqçisi Yindrjix Trpişovski jurnalistlər önünə çıxdı.

- Biz yanıldıq. Əsasən ilk hissədə çoxlu səhv etdik. Təbii ki, səbəblər çoxdu. Mənə görə belə səhvlər olmamalıydı. İki yalnışımız oldu. Çox mənasız qollar buraxdıq. Fürsətlərimiz olsa da, fərqlənə bilmədik. Niyə alınmadı? Ola bilsin, zəif çıxış etdik. Biz təzyiqlə qarşılaşdıq. Fürsətləri qaçırdıq. Lakin ikinci hissədə rəqib pressinq göstərdi. Daha yaxşı çıxış etdi. Bu gün orta sahədə rəqibə məğlub olduq. Oyunçularım məyusdu. Öz maksimal güclərini göstərdilər.

- “Lans”la oyunla bu matçı müqayisə edə bilərsiz?
- Təbii ki, zəif tərəflərimiz də var. Düşünürdüm ki, bu matçda qalib gələ bilərdik. Lap yaxşı oynaya biləcəyimizi deyə bilmərəm, amma… Cərimə meydançasında baş işlətmək lazımdı.

- Matçdan öncə favorit göstərilməyiniz futbolçularda özünəinam yaratdı?
- Məğlub olduq. Çox danışmaq istəmirəm. Görünür, favorit olmaq matça təsir göstərmir. “Lans”la matçda daha çox çalışdıq. Bəzən ilk hissədə yaxşı oynayıb, 2-ci hissədə matçı əldən verirsən. Bu elə turnirdi ki, belə səhv etmək olmaz. Qalib gəlmək istədiyin görüşlərdə məğlub ola bilirsən.

- Növbəti matça qədər nələri dəyişəcəksiz?
- Növbəti matçlarda qalib gəlməliyik. “Fənərbaxça” ilə görüşdə cavabımızı meydanda verəcəyik. Çox söz demək olar. Lakin danışmaq istəmirəm.

İSRAYIL XEYRULLAYEV