Türkiyə Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Hakimlər Komitəsində Entoni Teylor dönəmi ən azı mövsümün sonuna qədər davam edəcək. Bu, federasiyanın yeni qərarıdı.
Bilindiyi kimi HK-da son dönəmdə ciddi olaylar yaşanıb. Komitənin artıq sabiq sədri Fərhat Gündoğdu və daha bir neçə yönətici, eləcə də hakim Yasin Kol həbs olunub. Gündoğdunun həbsindən sonra komitənin başına kimin keçəcəyi maraq doğururdu.
Federasiyanın rəsmi açıqlamasında bildirildi ki, 7-ci turun hakim təyinatları Entoni Teylor tərəfindən həyata keçiriləcək. Teylor yaydan bu yana HK-da elit hakim direktoru vəzifəsini icra edirdi. Yəni müəyyən mənada baş məsləhətçi idi. Ancaq göründüyü kimi federasiya onunla əməkdaşlığı davam etdirməyə üstünlük verib.
Əslində HK-da yaşanan qalmaqaldan sonra Teylorun vətəninə qayıtması ehtimalı yaranmışdı. İngiltərə Futbol Assosiasiyasının (İFA) da onunla bağlı ciddi planları var idi. Amma TFF-nin xaişindən sonra İFA geri çəkildi. Teylora yeni vəzifədə daha bir sabiq ingiltərəli hakim Alan Snoddi də yardım edəcək.
TFF-dən Entoni Teylor qərarı
Dünya futbolu





