“Sabah”ın futbolçusu Coy-Lens Mikels Çempionlar Liqasının Liqa mərhələsində “Slaviya”ya (Praqa) qarşı keçirilən oyunun ən yaxşı futbolçusu seçilib.
"Football-plus.az" xəbər verir ki, Mikels UEFA-nın Texniki Müşahidəçilər Qrupunun qiymətləndirməsinə əsasən bu mükafata layiq görülüb.
“Sabah”ın 2:0 hesabı ilə qalib gəldiyi görüşdə 90 dəqiqə meydanda olan futbolçu komandasının ikinci qolunu vurub.
UEFA-nın təqdim etdiyi statistikaya əsasən, Mikels oyunda 10,9 kilometr məsafə qət edib. Onun maksimal sürəti saatda 32,7 kilometr olub.
“Sabah” - “Slaviya” matçının ən yaxşısı Mikelsdi
Avrokuboklar





