Nəhayət, Arne Slot işsizliyə son qoyub. Amma mayda “Liverpul”dan ayrılan mütəxəssisin baş məşqçi kimi hansısa komandaya təyinat aldığını düşünməyin.
"Football-plus.az" xəbər verir ki, niderlandlı məşqçi UEFA-nın 2026/27 mövsümü üçün Çempionlar Liqasının Texniki Müşahidəçilər Qrupuna daxil edilib. Slot dörd aydan bir qədər çox müddətdən sonra yeni fəaliyyətə başlayıb.
Onun yeni vəzifəsi məşqçilik fəaliyyəti ilə bağlı deyil. Təcrübəli çalışdırıcı 36 ekspertin daxil olduğu qrupda Avropa turnirlərində keçirilən oyunları, taktiki tendensiyaları və məşqçilik yanaşmalarını təhlil edəcək. Həmçinin statistika və videomateriallar əsasında texniki hesabatların hazırlanmasında iştirak edəcək. Qrupun üzvləri arasında Qaret Sautqeyt, Tomas Frank, Erik ten Haq, Ole-Qunnar Sulşer və Rafael Benites də var.
Qeyd edək ki, Slot 2024-cü ildə “Liverpul”un baş məşqçisi təyin olunmuşdu. Komandanı 2024/25 mövsümündə İngiltərə premyer-liqasında çempionluğa daşıyan mütəxəssis daha əvvəl “Feyenoord”la Niderland çempionu olub və rotterdamlıları 2022-ci ildə Konfrans Liqasının finalına çıxarıb.
Slot UEFA-da özünə iş tapdı
Dünya futbolu





