''Hall Siti'' nəhayət uğursuzluq zolağından çıxmağa başlayıb.
Türkiyəli məhşur iş adamı Acun Ilıcalının sahibi olduğu komanda artıq qələbələri sıralamağa başlayıb. ''Pələnglər'' bir ara 8 tura 7 məğlubiyyət sığışdırmış, turnir cədvəlində düşmə zonasına qədər geriləmişdı. Elə uğursuz seriyanın gedişində baş məşqçi Şota Arveladze ilə də yollar ayrılmışdı. Amma ötən tur ''Blekpul''u 3:1 hesabı ilə yenən ''sarı-qaralar'' dünən çempionşipin 17-ci turunda ''Roterhem''dən 4:2 üstün oldular. Qollardan birini türkiyəli yarımmüdafiəçi Ozan Tufan vurdu. Hər iki qələbənin səfərdə əldə olunması diqqət çəkir. Bu mövsüm ilk dəfə ardıcıl 2 qələbə qazanan ''Hall Siti'' 16 oyuna topladığı xalların sayını 20-yə çatdıraraq 16-cı pilləyə yüksəldi.
Qeyd edək ki, komandanın hələ də daimi məşqçisi yoxdu. ''Hall Siti'' oyunlara müvəqqəti məşqçi Endi Tousonun başçılığı altında çıxmaqda davam edir.