Cəlal oynadı, komandası heç-heçə etdi

31.08.2024 16:29 280
Dünya futbolu
Bolqarıstan çempionatında 7-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin üzvü Cəlal Hüseynovun formasını geydiyi “Arda” səfərdə “Slaviya” (Sofiya) ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Start heyətində yer alan Cəlal Hüseynov 90 dəqiqə meydanda olub.

“Arda” hazırda 10 xalla turnir cədvəlinin 7-ci pilləsindədi.