Cəlal oynadı, "Arda" qalib gəldi

10.08.2024 10:00 340
Dünya futbolu
Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, onun komandası "Arda" evdə "Hebar"la qarşılaşıb.

Hüseynovun start heyətində yer aldığı oyunda meydan sahibləri qələbə qazanıblar. "Arda" 2:1 hesabı ilə üstün olub. Cəlal qarşılaşmanı əvəzlənmədən keçirib.

Qeyd edək ki, Kırcali klubu 4 oyundan sonra 2 qələbə qazanıb, 2 dəfə uduzub.