Cəlal Hüseynovdan Bolqarıstan çempionatında ilk qol

29.09.2023 10:00 235
Dünya futbolu
Bolqarıstan çempionatında 11-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun yeni komandası “Arda” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Krumovqrad”la qarşılaşıb və inamlı qələbəyə sevinib – 3:1.

Cəlal da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ilk qolunu da 4-cü dəqiqədə Hüseynov vurub.

“Arda” hazırda 19 xalla 4-cü pillədə qərarlaşıb.