Cəlal Hüseynov növbəti oyununa çıxdı

3.04.2024 11:55 166
Dünya futbolu
U-21 millimizin üzvü Cəlal Hüseynovun da formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda 27-ci turda "Etar"ın qonağı olub. "Arda" bu matçda 1:2 hesabı ilə uduzub.

Cəlal Hüseynov isə meydana start heyətdə çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, "Arda" hazırda turnir cədvəlində 36 xalla 7-ci pillədədi.