Cəlal Hüseynov qol vurdu, komandası qələbə qazandı

29.07.2023 11:13 269
Dünya futbolu
Millimizin üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" yoxlama oyunu keçirib.

"Football-plus.az" xəbər verir ki, Bolqarıstan klubu "Etar"la qarşılaşıb. Matç Kırcalı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Cəlal Hüseynov da bu görüşün iştirakçısı olub. 20 yaşlı müdafiəçi oyuna start heyətdə başlayıb. Azərbaycanlı futbolçu 21-ci dəqiqədə komandasının ilk qolunu vurub.