Avropa çempionu müəyyənləşdi

27.06.2025 21:20
Dünya futbolu
Rumıniyada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatı sona çatıb.

"Football-plus.az" xəbər verir ki, final matçında İspaniya və Niderland yığmaları qarşılaşıblar. Matçın qalibini avtoqol həll edib. İspaniya millisinin qapıçısı Raul Ximenes 63-cü dəqiqədə topu öz qapısına göndərib.

1:0 hesablı qələbə qazanan Niderlandın U-19 yığması Avropa çempionu olub.