Parisdə keçirilən Yay Olimpiya Oyunlarında futbol üzrə yarış sona çatıb.
Finalda Fransa və İspaniya yığmaları qarşılaşıblar. Matçın əsas vaxtı 3:3 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac olub. Həlledici hissələrdə daha iki qol vuran İspaniyanın U-23 komandası 5:3 hesabı ilə qalib gələrək Olimpiyadanın çempionu olub. Pireneylilər tarixində ikinci dəfə Olimpiadada böyük uğur qazanıblar.
Qeyd edək ki, İspaniyanın əsas yığması bu yay Almaniyada təşkil edilən Avropa çempionatında da qalib gəlmişdi. Olimpiyadanın futbol yarışı üzrə əvvəlki qalibinin Braziliya olduğunu da xatırladaq.