Avropa çempionu əməliyyat olundu

20.07.2024 23:14 290
Dünya futbolu
Unay Simon uzun müddət futbol oynaya bilməyəcək.

“Atletik”in qapıçısı biləyindən əməliyyat olunub. İspaniya yığması ilə Avropa çempionu olan 27 yaşlı futbolçunun sağalması 4 aydan 5 aya qədər vaxt aparacaq.

Simon Almaniyada keçirilən Avropa çempionatında meydana çıxdığı 6 oyunda 4 qol buraxıb.