Bundestim dünya çempionu oldu

3.12.2023 19:20 245
Dünya futbolu
17 yaşadək futbolçular arasında dünya çempionatı sona çatıb.

“Football-plus.az” xəbər verir ki, finalda Almaniya və Fransa komandaları qarşılaşıblar. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. “Lotereya” da adlandırlan bu sınaqda Almaniya yığması 4:3 hesabı ilə qalib gəlib. Bundestim tarixində ilk dəfə dünya çempionu olub.