Cüdoçumuz Avropa çempionu oldu

16.09.2022 20:40 361
İdman
Çexiyanın paytaxtı Praqada gənclər arasında cüdo üzrə Avropa çempionatı keçirilir.

Təmsilçimiz Vüsal Qələndərzadə final görüşünə çıxıb. O, 73 kq-da italiyalı Luici Sentraççio ilə qarşılaşıb və ipponla qalib gələrək Avropa çempionu olub.

Qeyd edək ki, bundan əvvəl Turan Bayramov 60 kq çəkidə gümüş medal qazanıb.