Qrizmannın aqibəti müəyyənləşdi

8.06.2025 02:29 14
Dünya futbolu
Nəhayət, Antuan Qrizmannın gələcəyi ilə bağlı suala cavab tapılıb.

"Football-plus.az" xəbər verir ki, “Atletiko” təcrübəli futbolçu ilə müqaviləni yeniləyib.

İspaniya klubunun mətbuat xidmətinin məlumatına görə, fransalı futbolçu ilə yeni sözləşmənin müddəti 2027-ci ilin yayına qədərdi.

2014-19-cü illərdə “Atletiko”da çıxış edən 34 yaşlı hücumçu 2021-ci ildə Madrid klubuna qayıdıb. O, yenicə sona çatan mövsümdə meydana çıxdığı 53 oyunda 16 qol vurub, 9 məhsuldar ötürmə edib.