Qrizmann Jiru ilə birgə oynayacaq?

29.07.2024 18:38 310
Dünya futbolu
Antuan Qrizmannın “Atletiko”da qalmaq perspektivi hələ də dumanlı görünür.

“Football-plus.az” xəbər verir ki, təcrübəli futbolçu Madrid klubunu tərk edə bilər. Onun ABŞ-yə yollanmaq şansı var. Fransalı hücumçunu “Los Anceles” transfer etmək istəyir. Son xəbərdə Madrid klubunun Qrizmannın gələcəyi ilə bağlı qərar vermədiyi, ancaq futbolçunun MLS-də oynamaq istədiyi qeyd edilib.

Antuanın “Atletiko” ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. Yeri gəlmişkən, “Los Anceles” bu günlərdə onun həmyerlisi Olivye Jirunu sıralarına cəlb edib.