“Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?

23.02.2024 15:59 179
Dünya futbolu
Antuan Qrizmannın son durumu ilə bağlı xəbər yayılıb.

“Atletiko”nun hücumçusu klubun reanimasiya şöbəsinə yerləşdirilib. Fransalı futbolçu Çempionlar Liqasının 1/8 finalının “İnter”lə ilk oyununda (0:1) zədələnib. 32 yaşlı Antuana topuq bağlarının orta dərəcədə burxulması diaqnozu qoyulub. Onun yaşıl meydana qayıtma tarixi hələ açıqlanmayıb. Qrizmannın fevralın 24-də La Liqada “Almeriya” ilə keçiriləcək oyunu buraxacağı gözlənilir.

Qrizmann bu mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 18 qol vurub və 7 məhsuldar ötürmə edib.