“CBC Sport”, kubokun finalı, özəl plan – biz soruşduq, Şəmsəddin Abbasov nə dedi?

31.05.2025 14:27 48
Aktual / Ölkə futbolu
“Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdi” – bu sözləri dahi Mirzə Cəlil bir əsr əvvəl söyləmişdi.

Bu gün isə idman jurnalistlərinin müqəddəs vəzifəsi futbol mövsümünün son oyunu olan ölkə kubokunun finalını təbliğ etmək, oyun ətrafında ajiotaj yaratmaqdı.

Yayınçı şirkətə - “CBC Sport”a ağız açdıq, soruşduq ki, Sumqayıtdakı stadionun texniki imkanları yüksək səviyyədə yayın üçün şərait yaradırmı, oyunu neçə kamera ilə çəkəcəksiz, final oyununun yayını ilə bağlı hansısa özəl plan varmı? İndi də kanalın baş redaktoru Şəmsəddin Abbasovun cavabını oxuyun:
“Yaxşısı budu - oyuna baxıb bu suallarınıza cavab tapmaq olar”.
MÜZƏFFƏR QULUZADƏ