Qapımıza vurulan ikinci qol VAR vasitəsilə araşdırılarkən təxminən 5 dəqidə yayın kəsildi. Efir bərpa olunandan sonra isə donmalar baş verdi. Nəhayət, 71-ci dəqiqədən sonra matçın yayını tam dayandı və bir daha bərpa olunmadı. Amma Qazaxstan telekanalında və həmin telekanalın internet üzərindən yayınında matç sona qədər nümayiş olundu.
"CBC Sport"un efirində niyə belə problemin yaranması ilə bağlı Şəmsəddin Abbasovla əlaqə saxladıq. Telekanalın xəbərlər xidmətinin direktorunu dinləyək:
“Bizim Qazaxıstanın idman yarışlarını yayınlayan telekanalları ilə birbaşa müqaviləmiz yoxdu. Millimizin oyununu göstərən telekanalın peykə ötürdüyü siqnal vasitəsilə yayın təşkil olunub. Qazaxıstan tərəfindən siqnalın ötürülməsində problemlər baş verdi, sonra isə birdəfəlik kəsildi. Belə olan halda oyunu yayınlaya bilmədik".
Şəmsəddin bəydən azarkeşlərin marağını nəzərə alaraq matçın videoyazısının ertəsi gün niyə yayınlanmadığını da soruşduq: "CBC Sport" peşəkar idman telekanalıdı. Odu ki, bizim bütün fəaliyyətimiz, o cümlədən matçların yayını ilə bağlı məsələləri də peşəkar səviyyədə izləyicilərə çatdırırıq. Bizim ölkə idmanında özümüzə görə ağırlığımız var. Ona görə pirat fəaliyyətinə yol verə bilmərik".

ABDULLA İSMAYILOĞLU