Samir Abasov böyük bəladan xilas oldu - "Neftçi"də ilk ayrılıq!

28.05.2025 00:53 3 715
Ölkə futbolu / Manşet
"Neftçi"nin futbolçusu Yuri Matias Braziliyaya yollanıb.

Klubdan ayrılan oyunçu "Uirapuru Jaguaribana FM"ə açıqlamasında durumu belə şərh edib:

"Bəli, mən Portuqaliya, İran, Rumıniya və Azərbaycan karyeramdan sonra Braziliyaya qayıtdım. İndi ailəmlə qısamüddətli məzuniyyətə çıxacam. Yalnız bundan sonra gələcək haqqında düşünəcəm".

Xatırladaq ki, Matias 2022-ci ildən “Neftçi”nin formasını geyirdi. Onun "ağ-qaralar"la müqaviləsinin müddəti sona çatıb.