“Sabah” - “Barselona” oyununun biletləri satışda

19.10.2026 14:23 18
Avrokuboklar
“Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində İspaniyanın “Barselona”ya qarşı keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti 15 manatdan 1500 manatadək dəyişir.

Satış iTicket.az saytı vasitəsilə həyata keçirilir.

Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21.45-də başlayacaq.