Yığmaya gəldi, getdi, ayağı tutuldu – Mahir 6 oyundu qol vura bilmir

19.10.2026 13:52 90
Ölkə futbolu / Manşet
Milli komandanın düşərgəsində olarkən özünü yetərincə yaxşı göstərən Mahir Emreli klub karyerasında böhran yaşayır. Sonuncu dəfə sentyabrın 3-də “Qurnik”in qapısına yol tapan azərbaycanlı futbolçunun oyunu artıq Polşada da narahatlıq doğurur. Yığmaya gələnə qədər 4 oyunu qolsuz keçirən hücumçu-vinger “Rakuv”un heyətində son iki oyunda nə ilə yadda qalıb?

Fasilədən sonra ilk dəfə “Katovitse” ilə qarşılaşmada meydana çıxan Mahir 61 dəqiqə ərzində bir neçə qol imkanını boşa verib. Nəticədə 6,2 balla qiymətləndirilən, mərkəz hücumçusu mövqeyinə olan Emreli əvəzlənib, komandası isə darmadağın olub – 1:4.

Sonuncu turda “Rakuv” “Vyetşista Krakov”la qarşılaşıb. Bu dəfə Mahir hücumda yox, sağ cinah vingeri mövqeyində yer alıb. O, bir neçə əlverişli imkanı dəyərləndirə bilməsə də, komandası 2:1 hesabıyla qələbə qazanıb. Mahir “Rakuv”da ən aşağı (6,4) qiymət alan 4 futbolçudan biri olub.

Görünən odu ki, Mahirin Polşadakı uğurlu seriyası dayanıb. Baş məşqçinin mövqe dəyişikliyinə əl atması da nəticə vermədi. Ümid edək ki, yenidən qolları ilə azarkeşləri sevindirəcək. 11 oyundan sonra 6 xalla sonuncu pillədə qərarlaşan komandanın onun qollarına ehtiyacı böyükdü.

İSRAYIL XEYRULLAYEV