Əlicanov "100-ü haqladı"

19.10.2026 11:59 36
Ölkə futbolu
Misli premyer-liqasının 8-ci turu Elçin Əlicanov üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, bu haqda PFL-in saytı məlumat yayıb.

“Zirə”nin müdafiəçisi turnirdə 100-cü oyununu keçirib. O, “Kəpəz”lə səfər matçında (1:1) meydana çıxıb. 27 yaşlı futbolçunun hesabında 3 qol var.

Elçinin debütü 2022/23 mövsümündə “Kəpəz”in heyətində gerçəkləşib. O, Gəncə klubunda 68 qarşılaşmada 2 qola imza atıb. Əlicanov “Zirə”də 32 oyunda 1 dəfə fərqlənib.