Dortmund “Borussiya”sı Çempionlar Liqasında “Sabah”a qarşı keçirəcəyi oyun üçün Bakıya gələcək heyətini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, Almaniya təmsilçisi ölkəmizə səfər edəcək 23 futbolçunun adını paylaşıb.
Qapıçılar: Qreqor Kobel, Aleksander Meyer, Patrik Dreves.
Müdafiəçilər: Niko Şlotterbek, Joan Qadu, Valdemar Anton, Luka Recciani, Rami Bensebaini, Daniel Svensson, Yulian Ryerson, Filippo Mane.
Yarımmüdafiəçilər: Kaua Prates, Feliks Nmeça, Cob Bellinqem, Coy Virman, Karni Çukvuemeka, Marsel Sabitser, Enzo dos Santos, Matis Albert.
Hücumçular: Samuele İnasio, Maksimilian Bayer, Seru Girassi, Fabio Silva.
Dortmund təmsilçisi bu gün səhər saatlarında Bakıya yola düşüb. "Sabah" - "Borussiya" matçı sabah Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20.45-də başlanacaq.
"Borussiya" Bakıya 23 futbolçu ilə gəlir - ADLAR
Avrokuboklar





