Misli premyer-liqasının 8-ci turu "Qəbələ"nin futbolçusu Asif Məmmədovun meydana çıxması ilə əlamətdar olub.
"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, “Sabah”la ev matçının (0:4) 88-ci dəqiqəsində meydana daxil olan yarımmüdafiəçi mövsümdə ilk dəfə şans qazanıb. O, 40 yaş 73 günlüyündə meydana çıxıb.
Bununla da premyer-liqada son 18 mövsümün rekordu qeydə alınıb. Asif bu dövrdə meydana çıxan ən yaşlı futbolçu olub.
Premyer-liqa tarixində daha yaşlı futbolçunun meydana çıxmasına sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub.
Sonuncu – 26-cı turda “Qarabağ”la görüşdə “Karvan”ın qapıçısı Nadir Şükürov qol da buraxmayıb – 0:0. 2009-cu il mayın 17-də baş tutan qarşılaşmada qapıçı 42 yaş 82 günlüyündə matçı əvəzolunmadan keçirib.
Məmmədov bunadək premyer-liqada son oyununu 2023/24 mövsümünün son trunda keçirib. O, 2024-cü il mayın 25-də “Sumqayıt”la səfər matçında (0:1) meydana çıxıb.
Asif Məmmədov: 18 ilin rekordu
Ölkə futbolu





